DEPARTAMENTLƏR

Təklif və Satiş
Firmamız, məhsullarını təklif əsasında satışa çıxarmaqdadır. Layihələrdə obyektin olduğu regiona xas iqlim şərtlərindən, istifadə məqsədinə, lazımi statik və istilik keçirgənlik dəyərlərinə, yüksəkliyinə, şüşə xüsusiyyətlərinə və konstruktiv daşıyıcı sistemlərə bağlı olaraq təkliflər hazırlanmaqdadır. Məhsulların təqdimatında birinci meyar, layihəyə uyğun profil və detaylarınseçimində müştərini məlumatlandırmaqdır. Fəaliyyətimizi müştərilərimizə çatdırmaq üçün regional sərgilərdə iştirak edir, saytımzı davamlı yeniləyir və reklama üstünlük veririk. Müştəriləri tələblərini qarşılamaq üçün əməkdaşlıq etdiyimiz partnyor firmalar ilə davamlı əlaqələrimiz mövcuddur.

Satınalma
Firmamız,  layihələrdə istehsal müddətinin və iş təslimatının göstərilən proqramlar daxilində həyata keçirilməsi, materialların lazımi  keyfiyyət normlara uyğun daxili və xarici bazardan təmin edilməsi üçün satınalma departamentindən istifadə etməkdədir. Bu səbəblə, müştərilərimizə layihələrə uyğun keyfiyyətli və ekonomik məhsullar təqdim etməyə çalışırıq.

Layihə və Dizayn
Şirkətimiz, sürətlə dəyişən dünya standartlarına ayaq uydurmaq üçün professional insan gücünə çox böyük əhəmiyyət verməkdədir. Keyfiyyəti təsdiq olunmuş materiallarla işlərkən ən böyük dəstəyimiz, layihə detaylarını hazırlayib müştərilərimizə təqdim edəbilən və keyfiyyəti hər zaman ən üst səviyyədə saxlayan texniki kadrlarımızdır. Bu mənada qazandığımız prestijli layihələri,layihə və dizayn şöbəsində çalışan memar, mühəndis və texniki kadrlar  tərəfindən zamanında və keyfiyyəti qoruyaraq təhvil verəbilməkdəyik. Bütün layihələrdə regiona xas statik və istilik keçirgənlik dəyərləri hesaplanmaqda və layihəyə uyğun detaylar müştəriyə təqdim olunub, tərəfindən təsdiq olunduqdan sonra istehsal və montaj işi həyata keçirilməkdədir.

İstehsalat
Firmamızın Şüşə, Alüminium , Kompozit və Metal konstruksiya üzrə dörd böyük istehsal sexi mövcuddur. Komputerlə idarə olunan CNC və digər kəsmə, birləşdirmə  makinaları, istehsalın qüsursuzvə  sürətli olmasına şərait yaradır. Təcrübəli işçilər və texniki mühəndislər sayəsində materilalları qüsursuz istehsal edir və tamtəminat veririk.

İnşaat
Layihələrdə göstərilən müddət daxilində lazımi keyfiyyət və şərtlərdə  materialların montajı,  memar və mühəndislərimizin nəzarəti altında həyata keçirilməkdədir. Emalatın hazırlanması, müştəriyə montajdan əvvəl lazımi detayların təqdim edilməsi, materialların nəqliyyat və qorunması da,  bu departamentə aiddir. Texnalogiyadan maksimum istifadə və tam koordinasia ilə problemsiz irəliləmə və vaxtında təslim əsas məqsəddir. Layihənin böyüklüyünə   görə koordinasiya da müxtəlifdir.